Bakı. Trend:
Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.
Trend xəbər verir ki, bubarədə Gürcüstan Yolları Departamenti məlumat yayıb.
Bildirilir ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdilimagistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yolinfrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyatvasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davametdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağmasıişləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.