
Amerikanın “İnter Mayami” klubunun argentinalı futbolçusu Lionel Messi Ekvadorun Quayakil şəhərində bu ölkənin “Barselona”sı ilə keçirilən yoldaşlıq oyununda qol vurub.
Yeniavaz.com xəbər verir ki, Messi 31-ci dəqiqədə hesabı açıb.
Əlavə vaxtın üçüncü dəqiqəsində hücumçu, həmçinin meksikalı hücumçu German Berteramın qoluna ötürmə edib.
Matç 2-2 hesabı ilə başa çatıb.