EN

Seriya A: “Parma” səfərdə qalib gəldi, turnir cədvəlində irəlilədi

İtaliya A Seriyasının 24-cü turunda “Bolonya” və “Parma” komandaları arasında keçirilən görüşə qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

“Bolonya” 22-ci dəqiqədən etibarən azlıqda oynayıb. 79-cu dəqiqədə “Parma” da azlıqda qalıb.

İdman.Biz xəbər verir ki, matçda yeganə qol uzatma dəqiqələrində vurulub. “Parma”nın futbolçusu Kristian Ordonez fərqlənib.

Qələbədən sonra “Parma” xallarını 26-ya çatdıraraq 14-cü sıraya yüksəlib. “Bolonya” isə 30 xalla 10-cudur.

İdman.Biz
Chosen
94
idman.biz

1Sources