EN

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Jubanazarı qızıl xalla məğlub edib.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

"Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Chosen
2
8
far.az

10Sources