EN

Andrey Demçenko: “Vaxt lazımdır, işləyirik"

"Bu gün yaxşı komanda ilə qarşılaşdıq. "Sabah" müdafiədə və hücumda yaxşı təşkilatlanmış kollektivdir. Öz səhvlərimiz ucbatından qapımızda qollar gördük. İlk dəqiqələrdən rəqib komandaya təzyiq göstərməyə çalışdıq. Pressinq komanda işidir. Bütün bunlara görə, ilk dəqiqələrdə üç qol buraxdıq. Halbuki hücuma çıxmağı planlaşdırırdıq. Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi də aşağı düşdü. Hücum futbolu oynamaq üçün müəyyən istək olmalıdır. "Neftçi" ilə oyunda da eyni hadisə oldu. Bu gün futbolçularda narahatlıq göründü. Futbolda bunlar yaxşı göstərici deyil. Bunlar futbolçulara qərar verməyə mane olur. Biz hazırda komandanın müdafiədən hücuma uğurlu çıxması üzərində çalışırıq. Vaxt lazımdır, işləyirik".

- Felipe Santos "Neftçi" ilə oyuna sonradan daxil oldu və fərq yaratdı. Bu gün də meydana sonradan çıxaraq qolunu vurdu. Sizin üçün hələ də məşq matçdan önəmlidir?

- Bəli, bu, yaxşı nəticədir. Amma komanda oyunu tək hücumdan yox, həm də müdafiədən asılıdır. 10 futbolçunun hər biri hücumda da, müdafiədə də oynamalıdır. Heç kimi bir-birindən ayırmaq istəmirəm. Bu gün bütün komanda olaraq uduzduq. Kimisə ayırmaq doğru olmazdı.

“Mingəçevir”dən möhtəşəm start

“Sabah”dan çempionluq yolunda NÖVBƏTİ ADDIM

Premyer Liqa: XIX turun təyinatları açıqlanıb

Azərbaycan Kuboku: Antirekord təkrarlandı

“İmişli”dən növbəti transfer

Chosen
48
3
apasport.az

4Sources