EN

Suriyanın şimal-qərbində baş verən daşqınlar 3 nəfərin ölümünə səbəb oldu

Bakı. Trend:

Suriyanın bir neçə şimal-qərb bölgəsində, o cümlədən Latakiya,İdlib və Hama əyalətlərində intensiv yağıntılar sel və daşqınlarayol açıb.

Trend-in “SANA”yaistinadən verdiyi məlumata görə, baş verən hadisə nəticəsində yerlihumanitar qurumun bir könüllüsü və iki azyaşlı daxil olmaqla üçnəfər həyatını itirib.

Məlumatda qeyd olunur ki, Suriya Qızıl Aypara Cəmiyyətininkönüllüsü Latakiya əyalətinin kənd ərazilərində xilasetməəməliyyatları zamanı həlak olub, daha dörd nəfər isə müxtəlifdərəcəli xəsarətlər alıb.

Bundan əvvəl Latakiyanın şimalında yerləşən Ayn-İssa bölgəsindəiki uşağın daşqınlar nəticəsində öldüyü açıqlanıb. Hadisə iləəlaqədar olaraq onlarla ailə təhlükəsiz ərazilərə köçürülüb.

Chosen
62
az.trend.az

1Sources