EN

Bu qida məhsullarının ixracı sabahdan dayanır

Türkiyədən toyuq məhsullarının ixracı sabahdan etibarən dayandırılacaq.

"Cebheinfo.az" APA-ya istinadla xəbər verir ki, Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının sabahdan etibarən dayandırılacağını açıqlayıb.

Yayımlanan açıqlamada bildirilib ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının məhdudlaşdırılması məqsədilə qəbul edilib.

Həmçinin vurğulanıb ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər.

"Cebheinfo.az"

 

Chosen
50
18
cebheinfo.az

10Sources