EN

Göygöldə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Göygöldə 40 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Azreform.info "Report"a istinadla xəbər verir, bir neçə gün öncə Göygöl rayon Molla Cəlilli kəndi ərazisindəki dərədə meyiti aşkarlanan şəxsin qətlində şübhəli bilinən 1986-ci il təvəllüdlü Rasim Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dörd gün əvvəl 1986-cı il təvəllüdlü kənd sakini Sabiq Quliyevin meyiti kəndin ərazisində dərəyə atılmış vəziyyətdə aşkarlanıb.

Chosen
55
6
azreform.info

10Sources