EN

Turşu yeyərkən iki dəfə düşünün: Faydalıdır, yoxsa zərərli?

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qış süfrələrinin əvəzolunmazı olan turşu, tərkibindəki probiotiklər sayəsində immun sistemini gücləndirsə də, hər kəs üçün eyni dərəcədə təhlükəsiz deyil. Mütəxəssislər bildirirlər ki, yanlış hazırlanan və ya həddindən artıq istehlak edilən turşu ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Milli.Az xəbər verir ki, turşunun tərkibindəki yüksək miqdarda duz (natrium) bədəndə suyun toplanmasına (ödem) və qan təzyiqinin qəfil yüksəlməsinə səbəb olur.

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün turşu infarkt və ya insult riskini artıra bilər.

Həddindən artıq duz qəbulu böyrəkləri yorur və daş yaranma riskini artırır.

Turşunun faydalı olması üçün onun fermentasiya prosesindən keçməsi lazımdır.

Təbii yolla, sirkə və ya limonla evdə hazırlanan turşular bağırsaq florasını qoruyan canlı bakteriyalarla (probiotik) zəngindir.

Fabrik üsulu ilə hazırlanan bəzi turşularda son istifadə tarixini uzatmaq üçün istifadə olunan qatqı maddələri və həddindən artıq sirkə turşusu faydalı bakteriyaları öldürə bilər.

Turşu kəskin turşuluğa malik olduğu üçün aşağıdakı problemləri olanlara tövsiyə edilmir:

Qastrit və xora: Mədə divarını qıcıqlandıraraq ağrıları artıra bilər.

Reflüks: Turşunun qəbulu mədə turşusunun qida borusuna sızmasını sürətləndirir və yanma hissi yaradır.

Turşu suyu idmançılar üçün əzələ qıcolmalarını azaldan bir vasitə kimi tanınsa da, tərkibindəki turşu diş minasına zərər verə bilər. Onu içdikdən sonra ağzı su ilə yaxalamaq məsləhətdir.

Turşunu yeməzdən əvvəl bir qədər suda saxlamaq və ya yumaq duz miqdarını qismən azaldır.

Turşu ilə yanaşı bol su için ki, duz bədəndən daha asan xaric olunsun.

Tərkibini bildiyiniz, qatqısız və az duzlu ev turşularına üstünlük verin.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
1
news.milli.az

2Sources