Göygöldə 40 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bir neçə gün öncə Göygöl rayon Molla Cəlilli kəndi ərazisindəki dərədə meyiti aşkarlanan şəxsin qətlində şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dörd gün əvvəl 1986-cı il təvəllüdlü kənd sakini Sabiq Quliyevin meyiti kəndin ərazisində dərəyə atılmış vəziyyətdə aşkarlanıb.