EN

Ay Rəvan, ay Tural, 5 dəqiqə VAR a baxarlar?!

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ay Rəvan, ay Tural, 5 dəqiqə VAR-a baxarlar?!

Azərbaycan çempionatında hələ heç kim hakimlər qədər oyununu tempini öldürməyib. 

Təsəvvür edin, bu gün “Sabah”  - “Araz Naxçıvan” matçında əvvəl VAR hakimi Rəvan Həmzəzadənin, sonra baş hakim Tural Qurbanovun çox da mürəkkəb olmayan bir epizoda baxması düz 5 dəqiqə çəkdi. 

İndi adamın nəfəsi kəsilməsin, nəyləsin? 

Bəs, bunlar üçün bir ətək pul töküb xaricə hazırlıq prosesi, seminar keçirmişdilər. Hanı o hazırlıq prosesinin, seminarların nəticəsi? Bir hakimdə yekun qərar vermək üçün bu qədər inamsızlıq, cəsarətsizlik olarmı? Görərsən ki, başqa ölkələrdə VAR-a baxma uzağı 1 dəqiqə, ən  çətin hallarda 2 dəqiqə çəkər. 

Yoxsa hansı ölkənin liqasında, hansı avrokubok oyunlarında VAR-a görə 5 dəqiqə oyun dayanıb? Özü də guya Rəvan Həmzazadə təcrübəli hakimimiz, Tural Qurbanov isə yeni FİFA referimizdir. 

Nə deyəsən?

Aydın Bağırov

(Feysbuk paylaşımı)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
2
qol.az

3Sources