EN

Kobaxidze Türkiyəni Azərbaycanla birləşdirəcək yolun tikintisinin bitmə tarixini açıqladı

Gürcüstanın strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı funksiyasını, tranzit funksiyasını inkişaf etdirməkdir.

"Unikal" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze POSTV-yə müsahibəsində bildirib.

Hökumət başçısı qeyd edib ki, bunun üçün çox böyük investisiyalar qoyulur. “Planımıza görə, 2030-cu ilin sonuna qədər yolun demək olar ki, bütün əsas hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər tamamlanacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Chosen
75
unikal.az

1Sources