EN

“Bavariya” yenə xal itirdi

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bundesliqanın 21-ci turuna “Bavariya”- “Hoffenhaym” oyunu ilə yekun vurulub.

"Unikal" xəbər verir ki, görüşdə Münxen təmsilçisi böyük hesablı qələbə qazanıb - 5:1. Bununla da “Hoffenhaym”ın beş oyunluq qələbə seriyası başa çatıb.

Qarşılaşmanın 17-ci dəqiqəsində “Hoffenhaym”ın müdafiəçisi Kevin Akpoqumanın qırmızı vərəqə alması matçın taleyini həll edib. “Bavariya”nın hücumçusu Harri Keyn matçın 20-ci və 45-ci dəqiqələrində 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetirib. Münxenlilərin heyətində digər qollarını Luis Diaz vurub. O, görüşün 45+2-ci, 62-ci və 89-cu dəqiqələrində fərqlənərək het-trik edib.

“Hoffenhaym”ın təsəlli qolunu isə 35-ci dəqiqədə Andrey Kramariç vurub.

Günün digər oyununda “Leyptsiq” səfərdə “Köln”ü məğlub edib - 2:1.

Bundesliqanın 21-ci turunun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Union Berlin” - “Ayntraxt Frankfurt” - 1:1

“Frayburq” - “Verder Bremen” - 1:0

“Maynts” - “Auqsburq” - 2:0

“Volfsburq” - “Borussiya Dortmund” - 1:2

“St Pauli” - “Ştutqart” - 2:1

“Haydenhaym” - Hamburq” - 0:2

“Borussiya Mönxenqladbax” - “Bayer Leverkuzen” - 1:1.

İyirmi bir turdan sonra Bundesliqaya 54 xalla “Bavariya” liderlik edir. “Borussiya Dortmund” 48 xalla ikinci, “Hoffenhaym” 42 xalla üçüncü yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
6
unikal.az

10Sources