EN

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar - FOTO



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan - Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.

Bildirilib ki, burada həyata keçirilən proqramlar uşaqların cəmiyyətə və ailəyə inteqrasiyasında, eləcə də onların aktiv rol almasına töhfə verir. Mərkəz vasitəsilə regionda reabilitasiya ilə yanaşı, autizm, neyromüxtəliflik və inklüzivlik mövzularında maarifləndirmə kampaniyaları həyata keçirilir.

Chosen
39
26
baki-xeber.com

10Sources