EN

Bundesliqa: “Bavariya” yenə xal itirdi

Bundesliqanın 21-ci turuna “Bavariya”- “Hoffenhaym” oyunu ilə yekun vurulub. Metbuat.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi böyük hesablı qələbə qazanıb - 5:1. Bununla da “Hoffenhaym”ın beş oyunluq qələbə seriyası başa çatıb.Qarşılaşmanın 17-ci dəqiqəsində “Hoffenhaym”ın müdafiəçisi Kevin Akpoqumanın qırmızı vərəqə alması matçın taleyini həll edib. “Bavariya”nın hücumçusu Harri Keyn matçın 20-ci və 45-ci dəqiqələrində 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetirib. Münxenlilərin heyətində digər qollarını Luis Diaz vurub. O, görüşün 45+2-ci, 62-ci və 89-cu dəqiqələrində fərqlənərək het-trik edib.“Hoffenhaym”ın təsəlli qolunu isə 35-ci dəqiqədə Andrey Kramariç vurub.Günün digər oyununda “Leyptsiq” səfərdə “Köln”ü məğlub edib - 2:1.Bundesliqanın 21-ci turunun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:“Union Berlin” - “Ayntraxt Frankfurt” - 1:1“Frayburq” - “Verder Bremen” - 1:0“Maynts” - “Auqsburq” - 2:0“Volfsburq” - “Borussiya Dortmund” - 1:2“St Pauli” - “Ştutqart” - 2:1“Haydenhaym” - Hamburq” - 0:2“Borussiya Mönxenqladbax” - “Bayer Leverkuzen” - 1:1.İyirmi bir turdan sonra Bundesliqaya 54 xalla “Bavariya” liderlik edir. “Borussiya Dortmund” 48 xalla ikinci, “Hoffenhaym” 42 xalla üçüncü yerdə qərarlaşıb.
Chosen
18
6
metbuat.az

10Sources