EN

Göygöldəki dəhşətli qətldə şübhəli bilinən şəxs saxlanıldı

Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən meyiti tapılan 40 yaşlı Sabiq Quliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 1985-ci il təvəllüdlü Rasim Quliyev istintaqa cəlb edilib.

Xatırladaq ki, S. Quliyevin meyiti dörd gün əvvəl kəndin kənarındakı dərəyə atılmış vəziyyətdə aşkarlanmışdı.

Faktla bağlı araşdırma davam etdirilir.

"Cebheinfo.az" 

Chosen
37
cebheinfo.az

1Sources