EN

ABŞ-də QEYRİ-ADİ İÇKİ: Ayı nəcisindən pivə SATIŞA ÇIXARILDI

ABŞ-da ayı nəcisindən pivə istehsal olunub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-da qeyri-adi və bir çoxları üçün sarsıdıcı görünən yeni məhsul — ayı nəcisindən hazırlanan pivə satışa çıxarılıb.

Bu bir zarafat deyil: “Columbia” brendi yerli pivə zavodu ilə əməkdaşlıq çərçivəsində “Nature’s Call” (Təbiətin səsi) adlı içki istehsal edib.

Pivənin hazırlanma prosesində qara ayıların həyat fəaliyyətinin tullantılarından (nəcisdən) istifadə olunub.

İstehsalçılar iddia edirlər ki, bu texnologiya sayəsində pivədə bal və qaragilə notları əldə edilib.

Məhsulun yaradıcıları qeyd edirlər ki, bu, tamamilə unikal bir içkidir.

Onların sözlərinə görə, pivə “nəcis dadı versə də, bu, sözün ən yaxşı mənasında belədir”.

Yeni məhsul artıq sosial şəbəkələrdə və içki həvəskarları arasında geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources