EN

“Barselona”nın böyük borcu açıqlanıb

İspaniyanın “Barselona” klubunun ödənilməmiş transfer borcu 158 milyon avro (316 milyon AZN) təşkil edir.

İdman.Biz “Transfer News Live”ə istinadla xəbər verir ki, bu məbləğin 42 milyon avrosu (84 milyon AZN) Rafinyanın “Lids Yunayted”dən transferi üçün olan məbləğdir.

Digər borclar aşağıdakı paylara malikdir:

- Jul Kundenin “Sevilla”ya keçidi üçün 25 milyon avro (50 milyon AZN),
- Dani Olmonun “Leypsiq”dən transferi üçün 17,8 milyon avro (35.6 milyon AZN),
- Ferran Torresin “Mançester Siti”dən transferi üçün 13,8 milyon avro (27.6 milyon AZN),
- Robert Levandovskinin “Bavariya”dan transferi üçün 9,7 milyon avro (19.4 milyon AZN).

Mənbənin məlumatına görə, klubun maliyyə stabilliyini qorumaq üçün cari mövsümün sonuna qədər 140 milyon avro (280 milyon AZN) borcu ödəməsi tövsiyə olunub.

İdman.Biz
Chosen
72
idman.biz

1Sources