EN

Livanda bina uçdu, 6 nəfər öldü

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Livanın şimalında yerləşən Tripoli şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində azı altı nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə şəhərin meri Əbdülhəmid Karima "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, hazırda dağıntılar altından altı nəfərin meyiti çıxarılıb, yeddi nəfər isə sağ olaraq xilas edilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayı arta bilər.

Mer bildirib ki, son günlərdə güclü yağışlardan sonra iki yaşayış binasının uçduğu Bab-Təbbənə adlı qədim məhəllənin fəlakət zonası elan olunması üçün hökumətə müraciət edib.

“Hazırda qəzalı vəziyyətdə olan qonşu binalardan sakinlərin təxliyəsini təcili şəkildə həyata keçiririk”, - deyə Karima vurğulayıb.

Livanın baş naziri Nəvaf Salam faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və səhlənkarlığa yol verən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
moderator.az

3Sources