EN

Ay Rəvan, ay Tural, 5 dəqiqə VAR-a baxarlar?!

Azərbaycan çempionatında hələ heç kim hakimlər qədər oyununu tempini öldürməyib.

Təsəvvür edin, bu gün “Sabah”- “Araz Naxçıvan” matçında əvvəl VAR hakimi Rəvan Həmzəzadənin, sonra baş hakim Tural Qurbanovun çox da mürəkkəb olmayan bir epizoda baxması düz 5 dəqiqə çəkdi.

İndi adamın nəfəsi kəsilməsin, nəyləsin?

Bəs, bunlar üçün bir ətək pul töküb xaricə hazırlıq prosesi, seminar keçirmişdilər. Hanı o hazırlıq prosesinin, seminarların nəticəsi?

Bir hakimdə yekun qərar vermək üçün bu qədər inamsızlıq, cəsarətsizlik olarmı? Görərsən ki, başqa ölkələrdə VAR-a baxma uzağı 1 dəqiqə, ənçətin hallarda 2 dəqiqə çəkər.

Yoxsa hansı ölkənin liqasında, hansı avrokubok oyunlarında VAR-a görə 5 dəqiqə oyun dayanıb? Özü də guya Rəvan Həmzazadə təcrübəli hakimimiz, Tural Qurbanov isə yeni FİFA referimizdir.

Nə deyəsən?

Aydın Bağırov
(Feysbuk paylaşımı)

Chosen
22
2
sportinfo.az

3Sources