EN

Gözlərinizi QORUYUN: Qaranlıqda telefonla video izləmək korluq riski YARADIR

Yatmazdan əvvəl qısa videolar izləmək korluğa səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə tibb mütəxəssisləri məlumat yayıb.

Həkimlər yatmazdan əvvəl smartfonda qısa videolara (Reels, TikTok və s.) baxmağın ciddi təhlükələri barədə xəbərdarlıq ediblər.

Məlumata görə, xüsusilə tam qaranlıq mühitdə uzun müddət videolara baxmaq gözün torlu qişasını (retina) sürətlə zədələyir.

Bu zərərli vərdiş gözlərin həddindən artıq yorulmasına və görmə itiliyinin kəskin şəkildə azalmasına gətirib çıxarır.

Mütəxəssislər vurğulayırlar ki, qaranlıqda parlaq ekran işığına fokuslanmaq adaptasiya mexanizmlərini pozur və ağır hallarda görmə qabiliyyətinin tamamilə itirilməsi (korluq) riski yaradır.

Sağlamlığı qorumaq üçün yuxudan ən azı bir saat əvvəl rəqəmsal cihazlardan istifadəni dayandırmaq tövsiyə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
48
interpress.az

1Sources