EN

Cənubi Koreyada hərbi helkopter qəzaya uğrayıb

Cənubi Koreyanın Kyongi əyalətində “AH-1S Kobra” hərbi helkopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə Cənubi Koreya mediası məlumat yayıb.

Məlumata görə, qəza yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 6:00) Qapyonq rayonunda baş verib. Helikopterin xəsarət alan pilotları xəstəxanaya çatdırılıblar. Onlara ilkin olaraq ürək tutması diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, pilotların həyatını xilas etmək mümükün olmayıb.

Qəzadan sonra partlayış və yanğın qeydə alınmayıb.

Chosen
22
3
herbiand.az

4Sources