EN

Narkotikin təsiri ilə avtomobil sürdülər - Həbs olundular

Xaçmazda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıblar.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü - Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar. Hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib.

Chosen
26
26
manset.az

10Sources