EN

Avtobusda cibgirlik edən şəxs tutulub

Avtobusda
Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb. DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.
Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

Chosen
3
30
1news.az

10Sources