EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, ittifaq üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədri Sahib Məmmədov AHİK-in tarixi və fəaliyyəti barədə məlumat verib, keçdiyi inkişaf yoluna nəzər salıb. 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun Konfederasiyanın formalaşmasında və həmkarlar ittifaqlarının inkişafında, vətəndaş cəmiyyətinin möhkəmlənməsində mühüm rolu qeyd olunub.

Vurğulanıb ki, möhtərəm cənab Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi davamlı diqqət və dəstək əmək hüquqlarının qorunmasına, sosial dialoqun gücləndirilməsinə və layiqli əmək şəraitinin təmin olunmasına mühüm töhfə verir. Bunun nəticəsidir ki, təşkilat əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyəti qeyd olunub.

Çıxışda AHİK-in işçi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, eləcə də gender bərabərliyi, gənclər, idman və təhsil sahələrində görülən işlər qeyd olunub. Bildirilib ki, AHİK tərəfindən son bir neçə il ərzində fəaliyyətin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sosial layihələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən layihələrin həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə və onların fəallığının artırılmasına müsbət təsir göstərdiyi vurğulanıb. Sonra həmkarlar hərəkatının tarxini özündə əks etdirən eləcə də, AHİK-in fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Həmkarlar ittifaqlarının veteran üzvü Leyla Acalova, Gənclər üçün Prezident mükafatıçısı, Qarabağ Universitetinin əməkdaşı Lamiyə Məmmədova, Vətən müharibəsi iştirakçıları, həmkarlarımız Ruslan Bağırov və Saleh Salahov çıxış edərək Konfederasiyanın 33 illik fəaliyyətinin zəngin bir irs olmaqla yanaşı, gələcəyə doğru inkişaf yolunda mühüm motivasiya mənbəyi olduğunu qeyd ediblər. Çıxışlarda əldə olunan nailiyyətlərin davam etdirilməsinin, həmkarlar ittifaqı dəyərlərinin gələcək nəsillərə ötürülməsinin, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda AHİK-in fəaliyyətində fərqlənən veteranlar, gənc həmkarlar və könüllülər Konfederasiya tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.

Süleyman
Chosen
19
7
newscenter.az

8Sources