EN

Donald Tramp amerikalıları ölkənin seçki sistemini düzəltməyə çağırıb

Amerika seçkiləri saxtalaşdırılıb, oğurlanıb və bütün dünyada gülüş hədəfinə çevrilib.

Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində bildirib.

"Ya biz onları düzəldəcəyik, ya da artıq ölkəmiz olmayacaq", - deyə Ağ Ev rəhbəri bildirib.

Bu məsələni həll etmək üçün ABŞ lideri respublikaçılardan şəxsiyyət vəsiqəsinin təqdim edilməsi, seçicilərin qeydiyyatı zamanı sakinlərin vətəndaşlığının təsdiqlənməsi və poçtla səsvermənin istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq tələbini özündə əks etdirən "Amerika Xilasetmə Qanunu"nu təsdiqləmələrini istəyib.

​​​​​​"Cebheinfo.az"

Chosen
2
3
cebheinfo.az

4Sources