EN

“Azərsun Holdinq” fermerlər üçün maarifləndirici görüşlər təşkil edib

“Azərsun Holdinq” şəkər çuğunduru becərilməsinin inkişafı, fermerlərin bilik və bacarıqlarının artırılması, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin dəstəyi ilə Bərdə, Ağdam və Tərtər rayonlarında fermerlərlə silsilə maarifləndirici görüşlər təşkil edib.

Görüşlər çərçivəsində fermerlər şəkər çuğundurunun düzgün becərilmə texnologiyası, aqrotexniki qaydalara riayət olunması, məhsuldarlığın artırılması yolları, bitkinin qidalanma sistemi və müasir becərmə yanaşmaları barədə ətraflı məlumatlandırılıb.

Chosen
94
14
yenicag.az

10Sources