EN

Jurnalist Sevda Həsənova palataya köçürüldü - Vəziyyəti stabildir

1970-ci il təvəllüdlü Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı jurnalist Sevda Həsənovanın üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra edilib.

Chosen
60
10
bakivaxti.az

10Sources