EN

İsrail İran ABŞ danışıqlarını poza və ya uzada bilər Ekspert

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin İran və ABŞ arasında aparılan danışıqlara mane olmağa və ya bu prosesi uzatmağa cəhd göstərə biləcəyi ehtimal olunur.

Bizimyol.info xəbər verir ki, bu fikri Şanxay Xarici Dillər Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun professoru Din Lun səsləndirib.

Ekspertin sözlərinə görə, İsrail ABŞ ilə İran arasında mümkün razılaşmanın reallaşmasını ən az istəyən tərəfdir. “İsrail sülh danışıqlarını sarsıtmaq, onlara mane olmaq və prosesi uzatmaq üçün heç bir cəhdindən geri çəkinməyəcək”, – deyə Din Lun bildirib.

Ekspertin fikrincə, yəhudi dövləti hətta “köhnə taktikasına” da əl ata bilər. O xatırladıb ki, ötən ilin iyununda ABŞ-la razılaşmanın qaçılmaz göründüyü bir vaxtda İsrail İrana zərbələr endirdi.

Din Lun hesab edir ki, həm Tehran, həm də Vaşinqton danışıqlarda mövqelərini gücləndirmək üçün təzyiq strategiyasına üstünlük verir. Onun qənaətincə, danışıqların pozulacağı təqdirdə tərəflər qısa müddətdə hərbi qarşıdurmaya keçə bilərlər.

İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı İran və ABŞ arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edib. Omanın xarici işlər naziri Bədr əl-Busaidinin sözlərinə görə, Maskatda keçirilən görüşlər zamanı tərəflər İranın nüvə proqramı üzrə olduqca ciddi məsləhətləşmələr aparıblar və dialoqu davam etdirmək niyyətindədirlər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
61
bizimyol.info

1Sources