“Çox sevinirəm ki, ardıcıl qollar vururam. Ümid edirəm ki, davamlı olar. Növbəti matçda da qol vurub, azarkeşləri sevindirmək istəyirəm".
"Football-plus.az" xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Xəyal Əliyev Misli premyer-liqasının 19-cu turunda "Araz-Naxçıvan"a qalib gəlsikləri oyundan sonra deyib. Görüşdə dubl edən 21 yaşlı yarımmüdafiəçi 4:1 hesablı qələbənin arıdından klubun mətbuat xidmətinə açıqlamalar verib.
"Hər oyuna qələbə üçün çıxırıq. İnşallah, bütün matçlarda qələbə qazanarıq. Əhvalımız yaxşıdır, hər şey yaxşı olacaq” - deyə o bildirib.
"Sabah" 46 xalla turnir cədvəlinə başçılıq edir.