EN

Azərbaycanla Ermənistan arasında sülh prosesinə mane olmağa çalışırlar

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları kəskin şəkildə pisləyir.

Reyting.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu günlərdə - Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə müsbət ruhda keçirilmiş görüşü günü Fransa Senatının Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş müharibə canilərinin azad olunmasına çağıran qətnamə qəbul etməsi, İsveçrə parlamenti üzvünün Ermənistanda özlərini hansısa qondarma qurumun rəhbərləri kimi qələmə verən şəxslərlə görüşməsi, "Qarabağ məsələsi hələ bağlanmamışdır" kimi təxribatçı açıqlamalar verməsi bu qəbildən olan təxribatçı hərəkətlərdir.

İcmanın bəyanatında qeyd olunur ki, görəsən, "azadlıq, bərabərlik, qardaşlıq"dan dəm vuran Fransanın bu parlamenti niyə bircə dəfə Qərbi azərbaycanlıların üzləşdiyi faciələrə, deportasiyalara, soyqırımına, Azərbaycan xalqının Ermənistanda bütün izinin, qədim və zəngin tarixi-mədəni irsinin silinməsi kampaniyasına münasibət bildirməyib?

Qərbi Azərbaycan İcması hesab edir ki, ilk növbədə, Ermənistan dövləti öz ərazisində artıq keçmişdə qalmış qondarma rejimin bütün "təsisatları"nı ləğv etməli, bundan başqa, regiondankənar aktorların sülhə maneə törədən əməllərini pisləyən açıqlamalar verməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
20
reyting.az

10Sources