EN

Türkiyə Ermənistanla sərhəddəki keçid məntəqəsinin açılışını sürətləndirdi

BAKI, 9 fevral. TELEQRAF

Türkiyənin Ermənistanla sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsinin (NBM) açılması istiqamətində işlər intensivləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Yeşil Iğdır” qəzeti məlumat yayıb.

Bildirilib ki, Iğdır valisi Firat Taşolar "Alican" sərhəd keçid məntəqəsində (Ermənistan tərəfdən "Marqara" NBM – red.) aparılan yenidənqurma və modernləşdirmə işləri ilə yerində tanış olub. Bölgə rəhbəri bərpa prosesinin qısa müddətdə yekunlaşdırılmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Qeyd edilib ki, hazırda məntəqədə infrastrukturun yenilənməsi və texniki hazırlıq prosesi sürətlə davam etdirilir.

Chosen
22
teleqraf.com

1Sources