EN

Faizsiz lotereya oynayan şəxslərə vacib XƏBƏRDARLIQ

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Hüquşünas öz aralarında faizsiz lotereya oynyan şəxslərə müraciət edib.

Ölkə.Az xəbər verir ki, vəkil Fərhad Mehdiyev lotereya oynayan şəxslərin pulları götürüb qaçması ehtimalına qarşı insanlara 4 məqama diqqət yetirməyi tövsiyə edib:

“Müəyyən ehtiyacları qarşılamaq üçün faizsiz lotereya oynamaq istədiyinizi anlayışla qarşılayırıq. Bununla belə lotereya oyunlarında aldanılmaq istəmirsinizsə, bunlara riayyət edin: 

1. Vatsap üzərində qurulan şəxsiyyət vəsiqəsini də görmədiyiniz naməlum şəxslərlə lotereya oynuna daxil olmayın, bununla bağlı xeyli şikayətlər daxil olur. 

2. Kiməsə pul köçürəndə, onun dəqiq adını soyadını, şəxsiyyətini müəyyən edib pul göndərin. Həm pulunuzu almama ehtimalı, həm də hansısa cinayətkar şəbəkəyə pul göndərib şübhəli şəxs kimi cəlb olunma ehtimalınız var.

3. Lotereya oyunlarında itirə biləcəyiniz qədər pul qoymağa hazır olun. 

4. Pul məsələsində kimsə sizi aldadarsa, cinayət məsuliyyəti talama məbləğinin 500 manatdan yuxarı olduğu hallarda yaranır, aşağı olarsa, İXM 227 ilə xırda talamaya görə inzibati məsuliyyət yaranır”, - deyə o söyləyib.

Qeyd edək ki, ötən həftə Yevlax rayon sakinləri arasında aylıq 1000 manatdan lotereya oynayan şəxslərdən biri – 1993-cü il təvəllüdlü Devran İsmayılov (şərti) bütün pulları toplayaraq özünə götürüb. Toplanan məbləğ böyük olduğu üçün D.İsmayılov şikayət əsasında həbs edilib.

Billurə

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
olke.az

2Sources