EN

Belqorodda 80 min insan işıqsız qalıb Ukrayna ordusu elektrik sistemini dağıdıb

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Belqorod şəhərində raket zərbələri və kommunal şəbəkələrdə baş verən qəzalar nəticəsində on minlərlə sakin istiliksiz qalıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun verdiyi məlumata görə, bazar günü səhər saatlarına olan vəziyyətə əsasən, təxminən 80 min nəfər istilik təminatından məhrumdur.

Qladkov bildirib ki, hazırda şəhərdə təxminən 3 min nəfər qazsız, minə yaxın sakin isə elektriksiz qalır. Onun sözlərinə görə, enerji işçilərinin “qəhrəman səylərinə” baxmayaraq, istilik təchizatını bərpa etmək hələlik mümkün olmayıb. Proses çoxsaylı boru partlayışları və şəbəkəyə qoşulma zamanı baş verən təkrar qısaqapanmalar səbəbindən çətinləşir.

Mövcud vəziyyətlə əlaqədar olaraq Belqorod vilayət hökumətinin binasında, şəhər administrasiyasında, “Vahid Rusiya” partiyasının regional qərargahında, filarmoniyada, “Oktyabr” Mədəniyyət Mərkəzində, eləcə də bir sıra idman və mədəniyyət obyektlərində isinmə məntəqələri açılıb. Bu məntəqələrdə sakinlər isinmək, telefonlarını enerji ilə təmin etmək imkanı əldə edirlər.

Xatırladaq ki, şənbə günü axşam saatlarında Ukrayna ordusunun raket zərbələrindən sonra Belqorodda genişmiqyaslı elektrik kəsintisi baş verib. Rusiya hakimiyyəti hücumun “infrastruktur obyektinə” endirildiyini açıqlayıb.

Hücumun hədəfi yenidən “Luç” İstilik-Elektrik Mərkəzi olub. Qaz-turbinli istilik elektrik stansiyası Belqorodun əsas enerji və istilik mənbələrindən biridir və xüsusilə Xarkov dağı yaşayış massivi də daxil olmaqla bir neçə rayonu elektrik və istiliklə təmin edir.

Bu arada, şənbə gecəsi Ukraynanın hava zərbələrinə Bryansk vilayəti də məruz qalıb. Vilayətin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, hücum nəticəsində iki nəfər xəsarət alıb, yeddi yaşayış məntəqəsində enerji təchizatı pozulub. Rusiya tərəfi zərbələrin “Neptun” və “HIMARS” raketləri ilə endirildiyini iddia edir. Ukrayna Silahlı Qüvvələri isə bu məlumatları şərh etməyib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
197
azpolitika.info

1Sources