EN

“Araz” 100-dən çox əməkdaşının övladına təhsil təqaüdü verir

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin yaranmasının 15 illiyi münasibətilə şirkət tərəfindən təqaüd alan tələbələrlə görüş təşkil olunub.

Publika.az xəbər verir ki, görüşdə yerli nüfuzlu universitetlərə yüksək bal toplayaraq qəbul olan 15 nəfər tələbə iştirak edib.

Tədbirdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, İdarə Heyətinin üzvləri və şirkətin digər rəhbər şəxsləri iştirak ediblər.

Görüş zamanı Rəşad İbrahimov tələbələrlə səmimi fikir mübadiləsi aparıb, onların təhsil və gələcək karyera planları ilə maraqlanıb, gənclərə tövsiyələrini verib. Təqaüd proqramının gənclərin inkişafında və motivasiyasında mühüm rol oynadığını vurğulayan İdarə Heyətinin sədri onlara uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi tərəfindən şirkət əməkdaşlarının yerli və xarici ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alan övladlarına qəbul imtahanında topladıqları bala uyğun olaraq birdəfəlik və ya aylıq təqaüd verilir. Təkcə 2025-ci il ərzində 54 tələbəyə birdəfəlik mükafat təqdim edilib. Hazırda isə 103 tələbəyə şirkət tərəfindən aylıq təqaüd ödənilir.

Chosen
19
6
publika.az

7Sources