EN

45 yaşı var, əvvəllər bu vəzifələrdə işləyib - Yeni Baş nazirlə bağlı maraqlı məlumatlar

Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin edilib. Muxtar respublika Ali Məclisinin qəraraı ilə bu vəzifəyə Cabbar Musayev gətirilib.

“Yeni Sabah” yeni Baş nazirin tərcümeyi-halını təqdim edir:

Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Evlidir, iki övladı var.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
48
43
yenisabah.az

10Sources