EN

"GL Group" və SOCAR büdcənin icrası və iş proqramının yerinə yetirilməsini müzakirə ediblər

Bakı. Trend:

"GL Group" və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti(SOCAR) büdcənin icrası və iş proqramının yerinə yetirilməsinimüzakirə ediblər.

Trend bu barədə“GL Group”a istinadən xəbər verir.

Qeyd olunur ki, “GL Group”un Baş İcraçı Direktoru və MəşvərətŞurasının Sədri Asif Zeynalovun və SOCAR-ın Vitse-Prezidenti BabəkHüseynov rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrindəgörülmüş işlər, 2025-ci il üzrə İş Proqramı və Büdcənin icranəticələri, eləcə də 2026-cı il üçün planlaşdırılan əməliyyat vəinvestisiya istiqamətləri müzakirə olunub.

Səfər çərçivəsində iclas iştirakçıları “Salyan Oyl Ltd”Əməliyyat Şirkətinin Qarabağlı yatağında yerləşən 6-cı sahəyə,Kürsəngi yatağında yeni istismara verilmiş neft quyusuna, həmçininhazırda qazma işləri aparılan neft quyusuna baxış keçiriblər.

Keçirilən görüş “GL Group” və SOCAR arasında stratejiəməkdaşlığın daha da genişləndirilməsi, istehsalat səmərəliliyininartırılması və birgə layihələrin davamlı inkişafının təmin edilməsibaxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, GL Group Azərbaycanda beş neft-qaz yatağını, ocümlədən Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı”yataqlarını, Abşeron yarımadasında isə “Buzovna–Maştağa”, “Qala” və“Zirə” yataqlarını istismar edir. Qrupun portfelinə “Salyan OilLimited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri,eləcə də neft-qaz sənayesində texniki xidmətlər göstərən “GLTechnical Services” şirkəti daxildir. GL Group ilk beynəlxalqlayihəsi çərçivəsində 2024-cü ildə Türkiyənin Frakiya hövzəsindəyüksək perspektivli qaz lisenziyasına sahib olan Kanadanın “GazelleEnergy Limited” şirkətində 25 faiz pay əldə edib.

Məqalədə:
Chosen
185
az.trend.az

1Sources