EN

14 il sonra ilk yaşanır: Bakı üçün hərbi faktor... Melkonyan

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“ABŞ-ın vitse-prezidenti Cey Di Vens Cənubi Qafqaza səfəri çərçivəsində Bakı və İrəvana baş çəkəcək. Ehtimal ki, silah tədarükü və dinc nüvə sahəsində razılaşmaların müzakirəsi və ya imzalanmasını planlaşdırılır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

“Səfər simvolik xarakter daşıyır, çünki ABŞ rəhbərliyi bu səviyyədə Cənubi Qafqaza sonuncu dəfə 2012-ci ildə gəlib. Yəni 14 ildən sonra vitse-prezident gəlir. Bu da onu göstərir ki, ABŞ-ın regionda müəyyən maraqları var və ən azı qısamüddətli perspektivdə buradan çəkilmək niyyətində deyil”, – o bildirib.

S.Melkonyanın fikrincə, Vens Bakıda ABŞ silahlarının Azərbaycana tədarükünü müzakirə edə bilər:

“Bu, Bakı üçün 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq edilmiş sanksiyaların artıq qüvvədə olmadığını nümayiş etdirmək imkanı yaradacaq. Bu addım həm də Azərbaycanla ABŞ arasında əlaqələrin intensivləşməsi fonunda hərbi əməkdaşlıqda keyfiyyətcə yeni mərhələnin başlanğıcını göstərəcək”.

Erməni politoloq qeyd edib ki, vitse-prezidentin Ermənistana səfərinin gündəliyinə dinc nüvə məsələsi daxil olacaq:

“Tərəflər böyük ehtimalla İrəvana ABŞ nüvə texnologiyalarına çıxış imkanı verən “123-cü maddə” üzrə sazişi yekunlaşdırıb imzalayacaq və ya müzakirə edəcək. Bundan əlavə, yüksək texnologiyalar sahəsində razılaşmaların da müzakirəsi ehtimal olunur.

Səfərin əsas mövzularından biri Azərbaycanı onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən birləşdirməli olan TRİPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsi olacaq”.

Qeyd edək ki, Vens 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər edəcək.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
138
globalinfo.az

1Sources