EN

Rusiyada bir gecədə 70 pilotsuz uçuş aparatı vurulub

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi bazar ertəsinə keçən gecə ölkə ərazisinə qarşı həyata keçirilən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunun dəf edildiyini açıqlayıb.

Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.

Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri səkkiz region üzərində ümumilikdə 69 Ukraynaya məxsus PUA-nı məhv edib.

Bildirilib ki, ən çox PUA Kursk və Bryansk vilayətləri üzərində vurulub. Belə ki, Kursk vilayəti üzərində 28, Bryansk vilayəti üzərində isə 27 pilotsuz aparat zərərsizləşdirilib. Bundan başqa, Belqorod vilayəti üzərində beş, Tula vilayəti üzərində üç PUA məhv edilib. Oryol və Kaluqa vilayətləri üzərində hərəsində iki, Astraxan və Voronej vilayətləri üzərində isə bir pilotsuz uçuş aparatı vurulub.

Qeyd olunur ki, bu, son dövrlərdə Rusiyaya qarşı qeydə alınan ən genişmiqyaslı dron hücumlarından biridir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi fevralın 8-nə keçən gecə hava hücumundan müdafiə qüvvələrinin cəmi 22 Ukrayna PUA-sını ələ keçirərək məhv etdiyini bildirmişdi.

Nazirlik həmçinin daha əvvəl verdiyi məlumatlarda Rusiya ərazisi üzərində, o cümlədən Lipetsk vilayətində və Qara dənizin akvatoriyası üzərində ümumilikdə 40-a yaxın pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlamışdı. Həmin hücumlar zamanı Belqorod vilayətində 10, Bryansk vilayətində isə 26 PUA-nın vurulduğu bildirilmişdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
50
redaktor.az

10Sources