EN

Türkiyənin rəsmi əhali sayı açıqlandı

Bakı. Trend:

Türkiyə Statistika Qurumunun (TSQ) “Ünvana əsaslanan ƏhaliQeydiyyatı Sistemi – 2025-ci il nəticələri” əsasında ölkəəhalisinin rəsmi sayını açıqlayıb.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

Nəticələrə əsasən, Türkiyədə daimi yaşayan əhalinin sayı 31dekabr 2025-ci il tarixinə əvvəlki illə müqayisədə 427 min 224nəfər artaraq 86 milyon 92 min 168 nəfər təşkiledib.

Əhali arasında kişilərin sayı 43 milyon 59 min 434 nəfər,qadınların sayı isə 43 milyon 32 min 734 nəfər olub. Başqa sözlə,ümumi əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlartəşkil edib.

Türkiyədə 2024-cü ildə 93,4 faiz olan vilayət və rayonmərkəzlərində yaşayanların payı 2025-ci ildə 93,6 faizə yüksəlib.Digər tərəfdən, qəsəbə və kəndlərdə yaşayanların payı 6,6 faizdən6,4 faizə enib.

Türkiyədə 2024-cü ildə orta yaş səviyyəsi 34,4 idisə, 2025-ciildə bu göstərici 34,9-a yüksəlib.

Məqalədə:
Chosen
123
az.trend.az

1Sources