EN

Paytaxtda dəhşətli tıxac: yollar tam bağlandı – VİDEO

Bakının bir sıra əsas magistral və küçələrində sıxlıq müşahidə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, hazırda Babək prospektində, Heydər Əliyev prospektinin əsas yolunda, Bakı–Sumqayıt şosesində “20 Yanvar” metro stansiyası istiqamətində, eləcə də Tbilisi prospektində mərkəzə doğru nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Ziya Bünyadov prospektinə çıxan Alı Mustafayev, Əbdülvahab Salamzadə və 1-ci Göl kənarı yollarında, Binəqədi şosesində “Azadlıq prospekti” metrosundan Binəqədi qəsəbəsi istiqamətində də sıxlıq qeydə alınıb.

Bundan başqa, Rəşid Behbudov, 28 May, Üzeyir Hacıbəyli, Yusif Səfərov küçələrində, Xətai prospektində, Mikayıl Müşfiq küçəsində, Koroğlu Rəhimov küçəsində və Aeroport şosesində “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkəti intensivdir.

Yollardakı mövcud vəziyyəti əks etdirən görüntüləri təqdim edirik.

@alibabayev_o29♬ original sound – Meydan TV

Chosen
148
nocomment.az

1Sources