EN

Naxçıvanın yeni baş naziri kimdir? -

Xəbər verdiyimiz kimi, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.Metbuat.azKredit.az-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.O Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.2016-cı ilin aprel ayının 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Yeni Baş nazir Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.

Chosen
24
43
metbuat.az

10Sources