İran Pezidenti Məsud Pezaşkian İran rəsmilərini və mediasını qonşu ölkələrin liderlərini və rəsmilərini mətbuat vasitəsilə təhqir etməmək barədə xəbərdar edib.
Azreform.info xəbər verir ki, bunu Prezident Məsud Pezaşkian Nazirlər Kabinetinin iclasında deyib.
Pezeşkian region ölkələrinin, xüsusən də İranla həmsərhəd olan ölkələrin Tehranla tez-tez əlaqə saxladığını qeyd edərək, bu ölkələrin regionda müharibənin qarşısını almağa və problemləri dialoq yolu ilə həll etməyə çalışdıqlarını vurğulayıb.
Pezeşkian həmçinin İran rəsmilərini qonşu ölkələrlə münasibətlərə xələl gətirə biləcək açıqlamalar verməkdən çəkinməyə və çıxışlarında diqqətli olmağa çağırıb.
İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi bildirib ki, Tehran administrasiyası qonşuları ilə münasibətlərdə xarici siyasətində bir çox səhvlərə yol verib.
Mürtəza