EN

Bayern in vingerini iki İngiltərə nəhəngi istəyir 150 milyon avronu hansı ödəyəcək?

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Bayern Münhen"in fransalı vingeri Maykl Olise iki İngiltərə nəhənginin transfer siyahısındadır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Məlumata görə, 24 yaşlı futbolçunun xidmətində "Mançester Siti" və "Çelsi" maraqlıdır. Mənbə sözügedən klubların cari mövsümün sonunda Münhen təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırdıqlarını vurğulayıb. "Bayern"in bu keçid üçün ingilislərdən 150 milyon avro tələb edəcəyi də diqqətə çatdırılıb. Hazırda Almaniya klubunda həftəyə 220 min avro maaş alan cinah hücumçusunun daha yüksək maaş qarşılığında İngiltərədə oynamaq variantına isti yanaşdığı bildirilib.

Olisenin "Bayern"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 130 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
75
1
fanat.az

2Sources