sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Sabah"ın heyətinə qatdığı Qabon millisinin futbolçusu Patrik Orfe Mbina ilə bağlı bəzi detallar üzə çıxıb. Spor24.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu Azərbaycana gəlməmişdən əvvəl Sloveniyanın "Maribor" komandasının heyətindən kənarlaşdırılıb. Afrikalı forvardla komandanın baş məşqçisi Fedja Dudiç arasında problem yaşanıb. İş o yerə çatıb ki, 43 yaşlı çalışdırıcı oyunçunu heyətdən uzaqlaşdırıb. 2024-cü ildə də "Maribor"da çıxış edən Orfe Mbina Portuqaliyanın "Leyriya" komandasında icarədə oynadıqdan sonra 2025-ci ildə kluba qayıtmışdı. O, son olaraq ötən ilin oktyabrında Sloveniya komandasının heyətində meydana çıxmışdı. Forvard bütün bunlara baxmayaraq cari mövsüm yerli çempionatda 9 matçda 4 dəfə rəqib qapılarına yol tapıb.Qeyd edək ki, "Sabah" icarəyə götürdüyü futbolçunu mövsümün sonunda birbaşa transfer etmək hüququna malikdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.