EN

Paşinyan prezident ola bilərmi? SİYASİ ŞƏRHÇİ İZAH ETDİ

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Ermənistanda konstitusiya dəyişiklikləri gündəmdədir. Bu il ölkədə konstitusiya üzrə referendumun keçirilməsi gözlənilir.

Bəs görəsən, Nikol Paşinyanın prezident postunu tutma ehtimalı varmı?

Gununsesi.info -ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzunu belə şərh edib.

“Ermənistanda Paşinyanın prezident seçilməsi üçün ilk növbədə ölkənin konstitusiyası dəyişdirilməlidir. Parlament üsul idarəsi yenidən prezident üsul idarəsinə çevrilməlidir.

Bu il Ermənistanda konstitusiya üzrə referendum gözlənilir. Əgər referendum nəticəsində konstitusiya dəyişərsə, parlament üsul idarəsi prezident üsul idarəsinə çevriləcək, Paşinyan isə prezident olmaq istəyəcək və güclü respublika qurmağa çalışacaq. Bu mümkündür.

Amma əgər konstitusiyada parlament üsul idarəsi dəyişməyəcəksə, mən düşünmürəm ki, Nikol Paşinyan prezident olsun. Çünki hazırda prezidentin geniş səlahiyyətləri yoxdur, yalnız məhdud səlahiyyətləri mövcuddur. Prezident sadəcə Respublika rəhbəri statusunu daşıyır, geniş səlahiyyətlər isə hökumət rəhbəri, yəni baş nazirdədir.

Buna görə də, əgər indiki konstitusiya dəyişilsə də, parlament üsul idarəsi qalarsa, Nikol Paşinyan baş nazir olmayacaq. Yəni proses bundan ibarətdir.

Əvvəllər belə iddialar var idi ki, Paşinyan prezident üsul idarəsinə keçəcək, güclü prezident postu yaradacaq və özü prezident olacaq. Bu ehtimal da istisna edilə bilməz”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
icma.az

1Sources