Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hərbi əməliyyatlarda iştirak edən Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfər etməsinə qadağa qoyulmasına çağırış edib.
O bu barədə “X” hesabında bildirib.
Onun sözlərinə görə, “Ukraynaya qarşı təcavüzdə iştirak etmiş Rusiya vətəndaşlarının Aİ ölkələrinə daxil olmasına tam qadağa qoyulmalıdır”.
“Ukraynanı işğal etmək üçün müqavilə imzalayan hər bir rus bilməlidir ki, o, həm də özünün Aİ-yə girişinə ömürlük qadağaya imza atır”, - Sibiqa qeyd edib.
Ukrayna XİN rəhbəri Estoniyanın bu sahədə addımlar atdığını və bu mexanizmin nəticə verdiyini vurğulayıb.
“Mən Aİ-dən olan həmkarlarımı ciddi addımlar atmağa çağırıram. Bu, Avropanın təhlükəsizliyini gücləndirmək üçündür”.