EN

Bələdiyyə seçkilərində 8 min yeni üzv təsdiqləndi

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bələdiyyə seçkiləri nəticəsində 682 bələdiyyə (3 bələdiyyə üzrə seçki nəticələri etibarsız hesab edilib) üzrə 8 039 bələdiyyə üzvü seçilib.

Milli.Az xəbər verir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib.

Belə ki, qadınların sayı 3 148 nəfər (39 %), gənclərin sayı isə 2 007 nəfər (25 %) olub./Trend

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
2
news.milli.az

4Sources