EN

Sabah qar yağacaq, güclü külək əsəcək

Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi proqnozlaşdırılır. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı bildirilir.

Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Chosen
15
49
yeniazerbaycan.com

10Sources