EN

Qəzzada atəşkəsdən sonra 556 fələstinli öldürülüb

Qəzzada 10 oktyabr 2025-ci ildə başlayan atəşkəsə baxmayaraq 556 nəfər həyatını itirib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Mətbuat ofisi məlumat yayıb.

Bəyanata görə, İsrail əsgərləri 552 hadisədə birbaşa Fələstin mülki əhalisinə atəş açıb. Bu müddət ərzində mülki yaşayış məntəqələrinə 73 atəş açılıb. 704 bombardman zamanı 221 bina dağıdılıb. Mətbuat Ofisi İsrail tərəfindən öldürülən 556 fələstinlidən 288-nin qadın və uşaq olduğunu və bunun 99%-ni mülki şəxslər, yaralanan 1500 nəfərdən isə 900-dən çoxunun qadın və uşaq olduğunu bildirib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
61
missiya.az

1Sources